• 01:07

"Real" səfərdə, Tottenhem evdə qalib gəlib

  • 12
14 Fevral 2019, 13:33

Çempionlar Liqasında 1/8 final mərhələsinin görüşləri davam edir.

 

İnterAz-ın məlumatına görə, ikinci oyun günündə daha 2 qarşılaşma keçirilib.

 

Turnirin son qalibi "Real" 1/8 finala səfər matçı ilə start verib. "Kral klubu" Amsterdamda "Ayaks"ın qonağı olub. Görüş "Real"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Gecənin ikinci oyununda isə "Tottenhem" doğma azarkeşləri önündə Dortmund "Borussiya"sını qəbul edib. London təmsilçisi qonaqların qapsından 3 cavabsız top kçirib.

 

Qeyd edək ki, ÇL-da 1/8 final mərhələsinə dünən start verilib.