• 12:55

Fabregas rəsmən "Monako"da

  • 10
12 Yanvar 2019, 15:23

"Monako" "Çelsi"nin futbolçusu Sesk Fabregası transfer edib.

 

İnterAz-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 31 yaşlı yarımmüdafiəçi ilə 2022-ci ilin iyununa kimi müqavilə imzalanıb.

 

Britaniya mətbuatı bu transfer üçün "Monako"nun London təmsilçisinə 10 milyon avro təzminat ödəyəcəyini yazıb.

 

Qeyd edək ki, S.Fabregas 2014-cü ildə "Barselona"dan transfer olduu "Çelsi"də ümumilikdə 198 matçda 22 qol vurub, 57 qolun ötürməsini verib.