• 21:41

Yaponiyanın Azərbaycandakı səfiri Bərdəyə səfər edib

  • 19
12 Yanvar 2019, 15:16

Ot kökləri və insan təhlükəsizliyi Qrant yardımı proqramı Bərdə rayonun 9 kəndində suvarma sisteminin bərpası lahiyəsi üzrə qrant müqaviləsinin imzalanması mərasimi keçirilib.

 

İnterAz-ın bölgə müxbirinin verdiyi məlumata görə, Yaponiyanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Teruyuki Kotori Bərdə rayonuna səfər edib. Xarici diplomat rayon icra hakimiyyətində olaraq rayon icra başcısı Vidadi İsayevlə görüşüb.

 

Səfərin əsas məqsədi rayonun 9 kəndində supartezan quyularının bərpası ilə bağlı olub. Rayon icra başcısı ilə 9 kəndin suvarma sisteminin bərpası lahiyəsi üzrə qrant müqaviləsinin imzalanması mərasimi keçirilib.