Baramanın təhvil verilməsinə başlanılıb

08 Iyun 2016, 19:06

Sovet dövründə ipəkçilik sənayesinin əsas mərkəzi olan ölkəmizdə də, hazırda ipəkqurdunun bəslənməsinə, ipəkçiliyin inkişafına başlanıb.

İnterAz xəbər verir ki,
Azərbaycanın qərb rayonları olan Şəmkir və Ağstafa rayonlarında da baramaçılığın inkişafına başlanıb. Uzun illərdən sonra yenidən baramaçılıqla məşğul olan sahibkarlar bu sahəyə daha çox maraq göstərdiklərini və artıq qurdlardan məhsul əldə edərək qazanc da götürdüklərini deyiblər.

Bu ilin may ayında 100 qutu baramaqurdu götürən Şəmkir rayonu 5 min ton barama verməyi praqnozlaşdırıb. Bu barədə Şəmkir rayon İcra Hakimiyyətinin məhsul işçisi Rasim Musatafayev məlumat verib.

Ağstafa rayonunda qurdlar bir ay müddətində məhsul verib, belə ki may ayının 2-dən götürülən qurdların baraması yığılaraq artıq təhvil verilməyə başlayıb. Ağstafa rayon kənd təsərrüfatı idarəsinin rəisi İltifaq Əliyevin sözlərinə görə bu il Ağstafa rayonu 1 ton 500 kq barama verməyi praqnozlaşdırıb.