AVRO-2020: 12 təşkilatçı şəhərin azarkeş təminatları

12 şəhərdən əksəriyyəti oyunları izləyəcək tamaşaçıların minimal sayını müəyyənləşdirib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 08 Aprel 2021, 10:34

Futbol üzrə Avropa çempionatını qəbul edəcək şəhərlərin azarkeşlərlə bağlı konsepsiyalarını müəyyənləşdirmək üçün verilən müddət aprelin 7-də başa çatıb.

 

İnterAz-ın məlumatına görə, 12 şəhərdən əksəriyyəti oyunları izləyəcək tamaşaçıların minimal sayını müəyyənləşdirib. Lakin hələ təminat verməyən, konkret say və qərarını açıqlamayan şəhərlər də var.

 

London (İngiltərə)

"Uembli" stadionu; tutumu: 90 000 tamaşaçı - mayın ortalarınadək 10 000, 21 iyundan isə qeyri-məhdud sayda azarkeş gələ bilər;

 

Qlazqo (Şotlandiya)

 

"Hempden Park"; tutumu: 51 000 tamaşaçı - 12 000 (25 faiz) azarkeş gələ bilər;

 

Dublin (İrlandiya)

 

"Aviva Arena"; tutumu: 51 700 tamaşaçı - Minimal sayda azarkeşə təminat verə bilmir. Bu səbəbdən, təşkilatçılıq hüququndan məhrum ediləcəyi gözlənilir;

 

Amsterdam (Nideland)

 

"Yohan Kroyf Arena"; tutumu: 54 000 tamaşaçı - ən azı 12 000 tamaşaçı gələ bilər;

 

Kopenhagen (Danimarka)

 

"Parken" stadionu; tutumu: 38 000 tamaşaçı - 11 000 - 12 000 tamaşaçı gələ bilər;

 

Sankt Peterburq (Rusiya)

 

"Sankt Peterburq Arena"; tutumu: 68 000 tamaşaçı - 50 faiz tamaşaçıya təminat verib;

 

Bilbao (İspaniya)

 

"San Mames" stadionu; tutumu: 53 000 tamaşaçı - Yoluxma enəcəyi halda, 13 000 tamaşaçı gələ bilər;

 

Buxarest (Rumıniya)

 

Milli Stadion; tutumu: 55 600 tamaşaçı - 13 000 tamaşaçı gələ bilər;

 

Münhen (Almaniya)

 

"Alyans Arena"; tutumu; 75 000 tamaşaçı - Almaniya Futbol İttifaqı yerli orqanlardan azarkeşlərin stadionlara gəlişinə şərait yaratmalarını xahiş edib;

 

Roma (İtaliya)

 

Olimpiya Stadionu; tutumu: 72 000 tamaşaçı - İtaliya hökuməti azarkeşlər üçün ən yaxşısını edəcəyinə söz verib. Bəzi məlumatlarda 20 000-dək tamaşaçıya şərait yaradılacağı bildirilir;

 

Budapeşt (Macarıstan)

 

"Ferents Puşkas" stadionu; tutumu: 67 200 tamaşaçı - Hələ rəsmən açıqlamayıb;

 

Bakı (Azərbaycan)

 

Bakı Olimpiya Stadionu; tutumu: 68 700 tamaşaçı - Hələ rəsmən açıqlanmayıb.

 

Qeyd edək ki, 2020-ci ildən təxirə salınmış Avropa çempionatı bu il 11 iyun - 11 iyulda keçirilməlidir.

 

sss