"Qalatasaray" sabiq futbolçusu ilə anlaşıb

Türkiyə "Qalatasaray"ı qış fasiləsində ilk transferini gerçəkləşdirməyə yaxındır...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 09 Yanvar 2021, 16:31

Türkiyə "Qalatasaray"ı qış fasiləsində ilk transferini gerçəkləşdirməyə yaxındır.

 

İnterAz "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi sabiq futbolçusu Henri Onyekuru ilə anlşıb.

 

Fransa "Monako"su ilə vidalaşmağa hazırlaşan 24 yaşlı hücumçunun icarə əsasında sarı-qırmızı formanı geyinəcəyi bildirilir.

 

Onun yaxın günlərdə Türkiyəyə gələrək rəsmi müqaviləyə imza atacağı gözlənilir.

 

Qeyd edək ki, nigeriyalı forvard 2018/2019 mövsümündə "Qalatasaray"da çıxış edib.