Ən yaxşı qapıçı adına namizədlər bəlli olub

FIFA 2020-ci ilin ən yaxşı kişi və qadın qapıçısı adına namizədləri açıqlayıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 25 Noyabr 2020, 16:06

FIFA 2020-ci ilin ən yaxşı kişi və qadın qapıçısı adına namizədləri açıqlayıb.

 

İnterAz ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, bu ada kişilərdən Alisson Bekker (Braziliya, "Liverpul"), Tibo Kurtua (Belçika, "Real Madrid"), Keylor Navas (Kosta Rika, PSJ), Manuel Noyer (Almaniya, "Bavariya"), Yan Oblak (Sloveniya / "Atletiko"), Mark-Andre ter Ştegen (Almaniya / "Barselona"), qadınlardan isə Ann-Katrin Berger (Almaniya, "Çelsi"), Sara Buhaddi (Fransa, "Lion"), Kristian Endler (Çili, PSJ), Hedviq Lindal (İsveç, "Volfsburq" / "Atletiko"), Alissa Naeher (ABŞ, "Çikaqo Red Stars"), Elli Roebuk (İngiltərə / "Mançester Siti") iddialıdır.

 

Qeyd edək ki, "The Best" mükafatı dekabrın 17-də təqdim ediləcək. Tədbir onlayn formatda təşkil ediləcək. Səsvermə 25 noyabr - 9 dekabrda gerçəkləşəcək.