Çempionlar Liqasında 1/8 finala ilk 4 vəsiqənin sahibi bilinib

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin ikinci dövrəsinə start verilib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 25 Noyabr 2020, 09:04

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin ikinci dövrəsinə start verilib.

 

İnterAz xəbər verir ki, 4-cü turun ilk oyun günündə 4 qrup üzrə 8 oyun keçirilib.

 

Baş tutan qarşılaşmaların ardından 1/8 finala vəsiqə qazanan ilk 4 klub müəyyənləşib.

 

E qrupunda müvafiq olaraq “Krasnodar” və “Renn” səfərindən minimalhesablı qalibiyyətlə dönən “Sevilya” ilə “Çelsi” növbəti mərhələyə vəsiqəni rəsmiləşdiriblər. 

 

G qrupunda da 1/8 finalın hər iki iştirakçısı bilinib. Lider “Barselona” yoluna itkisiz davam edib. Kiyev “Dinamo”sunu səfərdə məğlubiyyətə uğradan kataloniyalılar növbəti raunda vəsiqəni təmin ediblər. “Yuventus” isə öz meydanında “Ferensvaroş” üzərində əzmkar qələbə qazanmaqla, “Barsa”ya yoldaş olub.

 

Qeyd edək ki, turun digər 8 oyunu noyabrın 25-də keçiriləcək.

 

UEFA Çempionlar Liqası

 

Qrup mərhələsi

 

24 noyabr

 

E qrupu

 

“Krasnodar” (Rusiya) – “Sevilya” (İspaniya) 1:2

Qol: Vanderson, 56 – Rakitiç, 4. El Haddadi, 90+5.

 

“Renn” (Fransa) – “Çelsi” (İngiltərə) 1:2

 

Qol: Jirassi, 85 – Hodson-Odoi, 22. Jiru, 90+1.

 

Çelsi – 10, Sevilya – 10, Krasnodar – 1, Renn – 1.

 

F qrupu

 

“Latsio” (İtaliya) – “Zenit” (Rusiya) 3:1

 

Qol: İmmobile, 3; 55. Parolo, 55 – Dzyuba, 25.

 

“Borussiya” (Dortmund, Almaniya) – “Brügge” (Belçika) 3:0

 

Qol: Haland, 18; 60. Sanço, 45.

 

Borussiya – 9, Latsio – 8, Brügge – 4, Zenit – 1.

 

G qrupu

 

“Dinamo” (Kiyev, Ukrayna) – “Barselona” (İspaniya) 0:4

 

Qol: Dest, 52. Breyveyt, 57; 70-pen. Qrizmann, 90+2.

 

“Yuventus” (İtaliya) – “Ferentsvaroş” (Macarıstan) 2:1

 

Qol: Ronaldo, 35. Morata, 90+2 – Uzuni, 19.

 

Barselona – 12, Yuventus – 7, Ferentsvaroş – 2, Dinamo – 1.

 

H qrupu

 

“Mançester Yunayted” (İngilıtərə) – “Başakşəhər” (Türkiyə) 4:1

 

Qol: B.Fernandes, 7; 19. Reşford, 35-pen. Ceyms, 90+2 – D.Türüç, 75.

 

PSJ (Fransa) – “Leypsiq” (Almaniya) 1:0

 

Qol: Neymar, 11-pen.

 

Mançester Yunaytet – 9, PSJ – 6, Leypsiq – 6, Başakşəhər – 3.