Almaniya yığması tarixinin ən böyük hesablı məğlubiyyətini yaşayıb

...Belə ki, sonuncu dəfə 1931-ci ildə Almaniya Avstriya millisi tərəfindən 6:0 hesabı ilə darmadağın olub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 18 Noyabr 2020, 11:50

Futbol üzrə Almaniya millisi Millətlər Liqasının VI turunda İspaniyaya qarşı oyunda 1931-ci ildən bəri tarixinin ən ağır məğlubiyyətini yaşayıb.

 

İnterAz xəbər verir ki, bu barədə idman jurnalisti Adriano Del Monte öz “Twitter” hesabında məlumat yayıb.

 

Belə ki, sonuncu dəfə 1931-ci ildə Almaniya Avstriya millisi tərəfindən 6:0 hesabı ilə darmadağın olub.

 

Qeyd edək ki, bu gecə İspaniyanın Sevilya şəhərində keçirilən qarşılaşma İspaniyanın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.