Nurməhəmmədovun yeni döyüşünün posteri hazırlandı

..."Həbib - Getji. İrs üçün, qızıl üçün"

Bakı, Səidə Mustafa, İnteraz - 29 Iyul 2020, 12:47

Yüngül çəkidə UFC çempionu rusiyalı Həbib Nurməhəmmədovla ABŞ təmsilçisi Castin Getji ilə görüşünün posteri hazırlanıb. 

 

İnterAz Gazeta.ru-ya istinadla xəbər verir ki, poster UFC-nin mətbuat xidməti tərəfindən “Twitter”də yerləşdirilib. 

Həbib - Getji. İrs üçün, qızıl üçün, - paylaşımın şərh bölməsində yazılıb.

Qeyd edək ki, bu gün UFC çempionu Dana Uayt Nurməhəmmədov və Getji arasında görüşün oktyabrın 24-də keçiriləcəyini açıqlayıb.