Messi La Liqanın cari mövsümündə yeni rekorda imza atıb

...beləliklə, La Liqanın cari mövsümündə argentinalı futbolçunun məhsuldar ötürmələrinin sayı 19-a çatıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Iyul 2020, 09:07

"Barselona"nın hücumçusu Lionel Messi İspaniya La Liqasının 31-ci turunun "Vilyarreal"la matçında iki məhsuldar ötürmə müəllifi olub.

 

İnterAz xəbər verir ki, beləliklə, La Liqanın cari mövsümündə argentinalı futbolçunun məhsuldar ötürmələrinin sayı 19-a çatıb. Bu, Messinin yeni rekordudur.

 

Messi qolla nəticələnən 19-cu ötürməsi ilə İspaniya çempionatının lideridir. Bundan başqa, argentinalı bombardirlər siyahısına da başçılıq edir - onun hesabında 22 qol var. Siyahıda ikinci yerdə Madrid "Real"ının hücumçusu Kerim Benzema (17 qol) qərarlaşıb.

 

"Barselona" turnir cədvəlində "Real"dan sonra ikinci yerdədir.