Təxirə salınan “El-Klasiko”nun vaxtı müəyyənləşib

...“Nou Kamp”dakı görüş dekabrın 18-də baş tutacaq

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 18 Oktyabr 2019, 17:40

İspaniya La Liqasının X turunun təxirə salınan “Barselona” – “Real” oyununun keçirilmə tarixi müəyyənləşib.

 

İnterAz-ın məlumatına görə, klublar “El-Klassiko”nun keçirilmə vaxtını öz aralarında razılaşdırıblar.

 

“Nou Kamp”dakı görüş dekabrın 18-də baş tutacaq. Oyun təqvimə əsasən oktyabrın 26-na planlaşdırılmışdı.

 

Qeyd edək ki, təxirəsalmaya Kataloniyadakı gərginlik səbəb olub.