Ermənistan millisinin baş məşqçisi istefa verib

Futbol üzrə Ermənistan millisinin baş məşqçisi Armen Gyulbudaqyants istefa verib...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 18 Oktyabr 2019, 13:50

Futbol üzrə Ermənistan millisinin baş məşqçisi Armen Gyulbudaqyants istefa verib.

 

İnterAz-ın Ermənistan Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, bu barədə 53 yaşlı mütəxəssisin özü açıqlama verib. O, səbəb kimi yığmanın AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanmamasını göstərib.

 

Qeyd edək ki,  Armen Gyulbudaqyants 2018-ci ildən Ermənistan yığmasına rəhbərlik edirdi. AVRO-2020-nin seçmə mərhələsində J qrupunda yer alan yığma 8 oyundan sonra 10 xalla üçüncü pillədə qərarlaşır.