Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidovun ikinci görüşdəki rəqibi dəqiqləşib

... ilk qarşılaşmasında amerikalı Ed Fonteynə nokautla qalib gələn boksçu bu dəfə Tom Littli sınağa çəkəcək

Bakı, Aytən Əliyeva, İnteraz - 18 Oktyabr 2019, 11:39

Azərbaycanın peşəkar boksçusu Məhəmmədrəsul Məcidovun növbəti döyüşünün vaxtı və rəqibi bəlli olub. 

 

İnterAz-ın məlumatına görə, həvəskarlar arasında üçqat dünya çempionu peşəkar rinqdə ikinci görüşünü noyabrın 30-da keçirəcək. 

 

İlk qarşılaşmasında amerikalı Ed Fonteynə nokautla qalib gələn boksçu bu dəfə Tom Littli sınağa çəkəcək. 32 yaşlı böyük britanıyalı ilə superağır çəkidəki döyüş Monakoda baş tutacaq. 

 

Peşəkar boksa 2011-ci ildən başlayan T. Littl indiyədək 17 döyüş keçirib. 3-ü nokautla olmaqla, 10 qələbə qazanan böyük britaniyalı 7 dəfə məğlub olub. Bunların 4-də isə nokauta düşüb. Ümumiyyətlə, iki ildir qələbə qazanmayan boksçu son 3 döyüşündə erkən məğlubiyyətlə üzləşib.