“Barselona” “El-Klasiko”ya itki ilə çıxacaq

İspaniyanın “Barselona” klubunun futbolçusu Usman Dembele iki oyunluq diskvalifikasiya olunub...

Bakı, Aytən Əliyeva, İnteraz - 09 Oktyabr 2019, 16:39

İspaniyanın “Barselona” klubunun futbolçusu Usman Dembele iki oyunluq diskvalifikasiya olunub.

 

İnterAz-ın məlumatına görə, buna səbəb hücumçunun La Liqanın son turunun “Sevilya” ilə matçındakı (4:0) hərəkətidir. 

 

U.Dembele hakimlər mübahisə etdiyi üçün birbaşa qırmızı vərəqə alıb. İntizam Komitəsi də buna görə də futbolçunu iki oyunluq cəzaya layiq görüb.

 

Hücumçu IX turun “Eybar”la səfər qarşılaşmasını, həmçinin oktyabrın 26-da “Real”la baş tutacaq evdəki “El-Klasiko”nu buraxacaq.