Xosep Qvardiola "Mançester Siti"dəki xələfinin adını açıqlayıb

İngiltərənin "Mançester Siti" komandasının baş məşqçisi Xosep Qvardiola gələcəkdə onu hansı şəxsin əvəz edə biləcəyini söyləyib. "Report" BBC-yə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssisin fikrincə, "şəhərlilər"ə onun köməkçisi Mikel Arteta rəhbərlik edə bilər: "Əminəm ki, məndən sonra komandanı o, qəbul edəcək. Bu, gec-tez baş verəcək. Hələ gənc məşqçidir. Amma onun böyük futbolçularla və aparıcı klublarla iş təcrübəsi var. Əsas odur ki, Mikel gözəl insandır. Əla məşqçidir, gələcəkdə böyük uğurlar qazanacaq", - deyə Qvardiola bildirib. Qeyd edək ki, Mikel Arteta 2016-cı ildən "Mançester Siti"nin məşqçilər heyətində yer alır...

Bakı, Aytən Əliyeva, İnteraz - 21 Sentyabr 2019, 14:26

İngiltərənin "Mançester Siti" komandasının baş məşqçisi Xosep Qvardiola gələcəkdə onu hansı şəxsin əvəz edə biləcəyini söyləyib.

 

İnterAz BBC-yə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssisin fikrincə, "şəhərlilər"ə onun köməkçisi Mikel Arteta rəhbərlik edə bilər: "Əminəm ki, məndən sonra komandanı o, qəbul edəcək. Bu, gec-tez baş verəcək. Hələ gənc məşqçidir. Amma onun böyük futbolçularla və aparıcı klublarla iş təcrübəsi var. Əsas odur ki, Mikel gözəl insandır. Əla məşqçidir, gələcəkdə böyük uğurlar qazanacaq", - deyə Qvardiola bildirib.  

 

Qeyd edək ki, Mikel Arteta 2016-cı ildən "Mançester Siti"nin məşqçilər heyətində yer alır.