Azərbaycan boksçusu dünya çempionatında məğlub olub

Azərbaycan boksçusu dünya çempionatında qazaxıstanlı rəqibinə məğlub olub...

Bakı, Aytən Əliyeva, İnteraz - 12 Sentyabr 2019, 16:34

Boks üzrə Azərbaycan millisinin daha bir üzvü Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında mübarizəyə qoşulub.

 

İnterAz-ın məlumatına görə, 63 kq çəki dərəcəsindəki Bəxtiyar Qazıbəyov 1/32 final mərhələsində Qazaxıstan təmsilçisi Zakir Safyullinlə üz-üzə gəlib. 0:5 (28:29, 28:29, 26:30, 26:30, 28:29) hesabı ilə məğlub olan Qazıbəyov mundialla vidalaşıb. 

 

Qeyd edək ki, dünya çempionatının əvvəlki günlərində rinqə çıxan Tayfur Əliyev (57 kq) və Amin Kuşkov (75 kq) 1/16 finala yüksəlib.