"Qarabağ" - "Neftçi" matçını FIFA referesi idarə edəcək

Turun mərkəzi qarşılaşması hesab olunan "Qarabağ" - "Neftçi" duelini FIFA referisi Əliyar Ağayev idarə edəcək...

Bakı, Aytən Əliyeva, İnteraz - 12 Sentyabr 2019, 13:27

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun oyunları üçün bütün təyinatlar müəyyənləşib. 

 

İnterAz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun mərkəzi qarşılaşması hesab olunan "Qarabağ" - "Neftçi" duelini FIFA referisi Əliyar Ağayev idarə edəcək. 

 

14 sentyabr (şənbə)

 

18:00. “Sumqayıt” – “Zirə”

 

Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Fərid Hacıyev

 

Hakim-inspektor: Anar Salmanov

 

AFFA nümayəndəsi: Şaiq Həmidov

 

“Kapital Bank Arena”, 

 

20:00. “Sabah” – “Qəbələ”

 

Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Vüqar Bayramov, Etibar Həsənov

 

Hakim-inspektor: Asim Xudiyev

 

AFFA nümayəndəsi: Eldəniz Musayev

 

“Bank Respublika Arena”,

 

15 sentyabr (bazar)

 

18:00. “Keşlə” – “Səbail”

 

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov

 

Hakim-inspektor: Şahin Cəfərov

 

AFFA nümayəndəsi: Ramiz Mustafayev

 

“Bakcell Arena”,

 

20:30. “Qarabağ” – “Neftçi”

 

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov

 

Hakim-inspektor: Babək Quliyev

 

AFFA nümayəndəsi: Mübariz Hüseynov

 

Tofiq Bəhramov adına Respublika Stadionu 

 

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.