III Avropa Oyunlarının keçiriləcəyi ölkə açıqlanıb

I Avropa Oyunları 2015-ci ildə Bakıda baş tutub...

Bakı, Aytən Əliyeva, İnteraz - 22 Iyun 2019, 13:35

2023-cü ildə III Avropa Oyunlarının keçiriləcəyi məkan müəyyənləşib.

 

İnterAz Avropa Olimpiya Komitəsinin (EOC) rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir ki, yarışa yeganə namizəd - Polşanın Krakov şəhəri ev sahibliyi edəcək. Bununla bağlı qərar Belarusun paytaxtı Minskdə 50 Milli Olimpiya Komitəsinin nümayəndələrinin iştirak etdiyi EOC-un Baş Assambleyasında açıq səsvermə yolu ilə qəbul olunub.

 

Qeyd edək ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda baş tutub. II Avropa Oyunları isə iyunun 21-də Minskdə start götürüb və ayın 30-dək davam edəcək. Turnir dörd ildən bir keçirilir.