Messi Argentina-Nikaraqua matçında iki dəqiqəyə dubl edib

Paralel keçən oyunda Uruqvay Panamanı 3:0 hesabı ilə məğlub edib...

Bakı, Aytən Əliyeva, İnteraz - 08 Iyun 2019, 09:51

Argentina millisi yoldaşlıq oyununda Nikaraqua yığmasını 5:1 hesabı ilə məğlub edib.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, görüş San-Xuan şəhərinin "Bisentenario" stadionunda baş tutub.

 

Argentinanın heyətində Lionel Messi (37 və 38-ci dəqiqələrdə) dubl edib. Daha iki qola isə İtaliya "İnter"inin forvardı Lautaro Martines (63, 73) imza atıb. Komandanın beşinci qolunu İngiltərənin "Uotford" klubunun yarımmüdafiəçisi Roberto Pereyra (81) vurub. Məğlub komandanın təsəlli qolunu Xuan Barrera qapıdan keçirib.

 

Paralel keçən oyunda Uruqvay Panamanı 3:0 hesabı ilə məğlub edib. Qolları Maksi Qomes (19), Luis Suares (69) və Federiko Valverde (79) vurub.