PSJ klubu tarixində 8-ci dəfə Fransa çempionu olub

Paris komandası buna XXXIII turda əsas izləyicisi "Lill"in səfərdə "Tuluza" ilə qolsuz heç-heçə etməsindən sonra nail olub...

Bakı, Aytən Əliyeva, İnteraz - 22 Aprel 2019, 09:10

PSJ klubu tarixində 8-ci dəfə Fransa çempionu olub.

 

İnterAz-ın məlumatına görə, Paris komandası buna XXXIII turda əsas izləyicisi "Lill"in səfərdə "Tuluza" ilə qolsuz heç-heçə etməsindən sonra nail olub. Paytaxt təmsilçisi isə turun son oyununda "Monako"nu evdə 3:1 hesabı ilə məğlub edib.

 

Beləliklə, sona 5 tur qalmış PSJ xallarını 84-ə çatdırıb və 65 xala malik "Lill" üçün əlçatmaq olub.

 

Qeyd edək ki, bu, PSJ-nin ardıcıl ikinci, baş məşqçi Tomas Tuxellə isə ilk çempionluğu olub.