Olimpiya mükafatçısı Azərbaycan yığmasının məşqçisi təyin olunub

Boks üzrə gənclərdən ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Əsgər Eyvazovun köməkçiləri müəyyənləşib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Fevral 2019, 09:24

Boks üzrə gənclərdən ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Əsgər Eyvazovun köməkçiləri müəyyənləşib.

 

İnterAz Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis olimpiya mükafatçısı Şahin İmranovla dünya və Avropa çempionatının bürünc medalçısı Əli İsmayılovla birgə çalışacaq.

 

Ə.İsmayılov sabiq baş məşqçi Vaqif Şirinovun vaxtından bu komandada olub. İmranov bu vəzifədə Etibar Abdullayevi əvəzləyib.

 

Qeyd edək ki, Abdullayev işini əsas yığmada baş məşqçi V.Şirinovla birgə davam etdirir.

CANLI YAYİM

Ən çox oxunan