"Fənərbaxça" "Zenit"ə qalib gəlib

Bu komandalar arasında cavab oyunu fevralın 21-də Sankt-Peterburqda keçiriləcək

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Fevral 2019, 08:47

Avropa Liqasında 2018-2019 mövsümünün ikinci yarısına start verilib.

 

İnterAz xəbər verir ki, 1/16 final mərhələsinin ilk oyununda Türkiyənin "Fənərbaxça" klubu Rusiya "Zenit"ini qəbul edib. İstanbuldakı "Şükrü Saracoğlu" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 21-ci dəqiqədə İslam Slimani vurub. Qonaqlar 44-cü dəqiqədə hesabı bərabərləşdirmək imkanı əldə ediblər. Lakin Robert Mak penaltidən yararlana bilməyib. Onun zərbəsini "Fənər"in qapıçısı Harun Tekin dəf edib.

 

Bu komandalar arasında cavab oyunu fevralın 21-də Sankt-Peterburqda keçiriləcək.

 

Avropa Liqası

 

1/16 final, ilk oyun

 

12 fevral

 

21:55. "Fənərbaxça" (Türkiyə) - "Zenit" (Rusiya) - 1:0 (İKİNCİ HİSSƏ)

 

Qol: İslam Slimani, 21

 

Dəqiq yerinə yetirilməyən penalti: Robert Mak, 44 ("Zenit")

 

Qeyd edək ki, 1/16 final mərhələsinin digər ilk qarşılaşmaları fevralın 14-də olacaq.

 

CANLI YAYİM

Ən çox oxunan