Allahşükür Paşazadə İƏT-in Baş katibi ilə görüşüb

QMİ-də keçirilən görüşdə əməkdaşlıq əlaqələri, dini məsələlər barədə fikir mübadiləsi aparılıb

Bakı, Orxan Kərimov, İnteraz - 25 Noyabr 2013, 17:39

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

İnterAz-ın məluamtına görə, QMİ-də keçirilən görüşdə əməkdaşlıq əlaqələri, dini məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

A.Paşazadə Azərbaycan ilə İƏT arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə edərək bu əlaqələrin perspektivlərindən söhbət açıb. O, Ekmələddin İhsanoğlunun Azərbaycana səmimi münasibətindən razılığını ifadə edib, İƏT-in daim Azərbaycana dəstək verdiyini diqqətə çatdırıb.

 

Bakıda olmasından məmnunluğunu bildirən Ekmələddin İhsanoğlu Azərbaycan ilə İƏT arasında əlaqələrin inkişafının əhəmiyyətindən danışıb, əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyinə əminliyini bildirib. E.İhsanoğlu bundan sonra da Azərbaycana dəstək verməyə hazır olduğunu vurğulayıb.

 

Görüşdə Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşqun iştirak edib.

sss