Dini musiqilər ruhun qidasıdır

"İntizar ilahi nəğmələr" qrupunun da əsas fəaliyyət istiqaməti dinləyicilərin ilahilərlə, dini musiqilərlə zövqünü oxşamaqdır

Bakı, Vüsal Nəbiyev, İnteraz - 25 Noyabr 2013, 17:34

Musiqi ruhun qidasıdır. Bu bütün musiqilərə aid edilsə də, bəzən elə musiqilər var ki, insanı daxilən rahatladan, ruhu dincəldən, bir sözlə cana dərman musiqilər var. Bu musiqilər arasında daha çox dini musiqilərin əvəzsiz rolu var. İlahilər bu cümlədəndir. "İntizar ilahi nəğmələr" qrupunun da əsas fəaliyyət istiqaməti dinləyicilərin ilahilərlə, dini musiqilərlə zövqünü oxşamaqdır.

3 ildir fəaliyyət göstərən qrup artıq bir neçə ilahi nəğmələrə imza atıb. 7 ilahi nəğməyə klip çəkdirib. Qrupun fəaliyyəti bununla da yekunlaşmır. Müqəddəslərimizə aid olan qısametrajlı filmlərin də çəkilişinə start verən qrup Məhərrəmlik ayından sonra disk buraxmağı planlaşdırır.

"İntizar ilahi nəğmələr" qrupu ilahi nəğmələrində tamaşaçılara ruhi qida bəxş edə bilməyi qarşıya məqsəd qoyub.

Məhərrəmlik ayında mərsiyələrə də yer ayıran qrup bu ayın təbliğinə də xüsusi önəm verir. Məhəmməd Peyğəmbərin (s) bizim şad günlərimizdə şadlanın, qəmgin günlərimizdə qəmlənin hədisinə əməl edən qrup insanı Allaha yaxınlaşdıran müqəddəslər haqqında ilahilər, mərsiyələr hazırlayır.

Yeri gəlmişkən qeyd edək ki, qrupun ilk klipi artıq İnteraz telekanalında yayımlanır. Bununla yanaşı, sosial şəbəkələrdə də yer alıb. Qrup ifalarini radiolara da verməyi planlaşdırır.

 

sss