Məişət tullantılarının daşınmasında vahid sistem yoxdur

Buna əsas səbəb isə zibilin yığılıb təhvil verilmə məsələsinin bir neçə qurumun əlində olmasıdır

Bakı, İlkin Nadirov, Vüsal Nəbiyev, İnteraz - 25 Noyabr 2013, 17:11

Ölkədə kommunal xidmətlərin yaxşılaşdırılması məqsədi ilə görülən işlərə və əldə olunan nailiyyətlərə baxmayaraq, məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sahəsində ciddi çatışmazlıqlar hələ də mövcuddur. Məişət tullantılarının daşınmasında vahid sistemin mövcud olmaması, yığılan zibilin emal edilmədən və zərərsizləşdirilmədən istifadə imkanları bitmiş tullantı poliqonlarında toplanması, bir çox yerlərdə icazəsiz zibilliklərin əmələ gəlməsi və ətraf mühitin çirklənməsi ciddi narahatlıq doğurur. Buna əsas səbəb isə zibilin yığılıb təhvil verilmə məsələsinin bir neçə qurumun əlində olmasıdır.

Təbii ki, işlərin sistemli şəkildə qurulması son olaraq ekolji vəziyyətin yaxşılaşmasına xidmət edir ki, bu da bilavasitə hər bir vətəndaşın sağlamlığına təsir edir.

 

sss