Hafiz Hacıyevin qərargahı dağıdılıb

"Hadisə yerinə gələn zaman artıq iş-işdən keçmiş olub"

Bakı, Tural Səftərov, İnteraz - 25 Noyabr 2013, 16:18

Dünən geçə nəmalum şəxslər Muasir Musavat Partiyasının Qaradağ rayon təşkilatının Sahil qəsəbəsində yerləşən mənzil-qərargahına hücum ediblər. Bu barədə Muasir Musavat Partiyasının sədri Hafiz Hacıyev Modern.az-a açıqlamasında bildirib: 

 

“Hadisə yerinə gələn zaman artıq iş-işdən keçmiş olub. MMP Qaradağ təşkilatının sədri Fazil Yusifov hadisə haqda polisə məlumat verib. Hadisə yerinə gələn hüquq-mühafizə xidmətinin işçiləri hadisə ilə əlaqədar protokol tərtib ediblər. Hazırda hadisə ilə əlaqədar araşdırma aparılır”.

sss