Qubada mavi yanacaq problemi

Qubada qış fəslinin gəldiyi bir vaxtda təbii qazla bağla ciddi problem yaşanır

Quba, Rauf Əhmədov, Vüsal Nəbiyev, İnteraz - 25 Noyabr 2013, 16:01

 Artıq qış fəslinin gəlməsinə çox az qalıb. Şaxtalı iqlimi ilə seçilən Qubada qış qapını döyməmiş istiliklə bağlı ciddi problem yaşanmaqdadır. Baxmayaraq ki, Quba Qaz İstismar sahəsindən qış fəslinə hazırlıq işlərinin aparıldığı və heç bir çətinlik yaranmayacağı deyilir.


Amma təəssüflə qeyd etməliyik ki, bu dəfə də vədlər özünü doğrultmamaqdadır. Yerli sakinlər bildirir ki, havalar soyuduqca mavi yanacağın təzyiqi də çoxalmaq əvəzinə, aşağı düşür. Həftənin iki günü isə təbii qazın verilişi tamamilə dayandırılır.

Həmçinin sakinləri narahat edən əsas məsələlərdən biri təmirdən sonra təbii qazın verilməsi zamanı borulara hava vulmasıdır. Abonentlərin sözlərinə görə, təxminən 1 saat müddətinə qaz əvəzinə borulardan hava gəlsə də sayğaclar pul yazır. Azəriqaz İB isə bununla razılaşmır.

 

sss