Bakı-Təbriz-Məşhəd aviareysi açılacaq

Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

Bakı, Tural Səftərov, İnteraz - 25 Noyabr 2013, 15:50

Azərbaycan ilə İran arasında Bakı-Təbriz-Məşhəd aviareysi açılacaq.

 

Bunu İnterAz-a İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

 

O bildirib ki, Azərbaycan vətəndaşlarının istək və xahişlərini nəzərə alaraq yaxın vaxtlarda Bakı–Təbriz-Məşhəd reysi açılacaq. Bunun üçün hazırda ölkələrin avioşirkətləri arasında danışıqlar aparılır. Ümid edirik, qısa zamanda bu reys açılacaq və vətəndaşlarımızın istifadəsinə veriləcək.

sss