Məhərrəm ayı ilə əlaqədar ehsan süfrəsi verilib

Ağstafa rayon İmam Əli adına cümə məscidində, rayonun mömün insanları tərəfindən Məhərrəmlik ayı ilə əlaqədar müxtəlif mərasimlər keçirilir, ehsan süfrələri açılır

Ağstafa, Kamran Əskiparalı, Vüsal Nəbiyev, İnteraz - 25 Noyabr 2013, 15:32

Ağstafa rayonunun İmam Əli adına cümə məscidində imamlarımızın xatirəsinə ehsan süfrəsi açılıb. Ehsan süfrəsində qərb bölgəsinin digər rayonlarından gəlmiş mömünlər də iştirak edib. Ehsan süfrəsindən əvvəl keçirilən mərasimdə isə 4 yaşlı iki körpə, Muhəmmədəli və Hüseyn, Qurani-Kərimdən bir neçə ayələr söyləyib.

Ağstafa cümə məscidinin axundu Zaur Ağazadə Ağstafa İmam Əli adına cümə məscidində Məhərrəmlik ayı ilə əlaqədar olaraq mömin insanlar tərəfindən mərasimlərin keçirildiyini və ehsan süfrələrinin mütamadi olaraq açıldığını bildirib.

Allah bütün mömünlərimizin ehsanını qəbul etsin!

 

sss