“Dünya sənin, dünya mənim” - Fotolent

Moskvada Məmməd Arazın yubileyi keçirilib

Moskva, Roman Ağayev, İnteraz - 25 Noyabr 2013, 15:26

Moskvanın Millətlər Evində Azərbaycanın xalq şairi Məmməd Araza həsr olunmuş gecə keçirilib.

 

İnterAz-ın xəbərinə görə, Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) və “Şəhriyar” Ədəbi-Mədəni Cəmiyyəti (ƏMC) ilə birgə təşkil olunan tədbirdə Azərbaycan və Rusiyanın mədəniyət, ədəbiyyat və incəsənət xadimləri, gənclər və ictimai təşkilatların nümayəndələri iştirak edib.

 

Axşamı açıq elan edən “Şəhriyar” ƏMC-nin sədri Vasif Məmmədov iştirakçıları salamlayıb və bu tədbirin keçirilməsində göstərdikləri yardıma görə Moskva Millətlər Evi və ÜAK-ın Moskvaətrafı regional şöbəsinə minnətdarlığını bildirib.

 

V.Məmmədov qonaqlara dahi Azərbaycan şairinin həyat və yaradıcılığı barədə danışıb və qeyd edib ki, M.Araz Azərbaycanda xalq tərəfindən qəbul olunan və bu xalqın ruhunun bir hissəsinə çevrilən mədəniyyət xadimlərindən biridir.

 

Sonra söz “Şəhriyar” ƏMC-nin üzvü şair Sultan Merziliyə verilib. O qeyd edib ki, Azərbaycan torpağı dahi şairlərlə zəngindir: “Məmməd Araz hər zaman idealına, vətəninə sadiq insan olub. Onun vətənə sevgisi bütün yaradıcılığı boyu əks olunur.”

 

S.Merzili M.Arazın bir neçə şeirini oxuyub.

 

Tədbirdə çıxış edən tanınmış rus şairi Sergey Karatov təəssüf hissilə M.Arazı şəxsən tanımağın ona nəsib olmadığını deyib.

 

Bununla belə, M.Araz yaradıcılığının gözəlliyi və dərinliyinə heyran olan S.Karatov bu dahi insanın yubileyi şərəfinə şeir yazıb.

 

Moskva Dövlət Linqvistika Universitetinin İngilis-Azərbaycan qrupunun tələbəsi Yana Juravel qonaqları azərbaycan dilində təbrik edib və müəllifin “Dünya sənin, dünya mənim” şeirini oxuyub.

 

Tədbirin rəsmi hissəsindən sonra konsert proqramı keçirilib. Konsertdə Azərbaycanın musiqi alətlərində ölkənin Əməkdar artisti, tarzən Qorxmaz Axundov, saz ustası Abbas Alıyev və balaban ustası Nəriman Məmmədov çıxış ediblər.

sss