Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

...Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 37 162 vaksin vurulub

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 10 Iyun 2021, 17:36

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 37 162 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan İnterAz-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 670, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 492 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 662 038, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 712 118, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 949 920 təşkil edir.

 

sss