Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

...432 nəfər yoluxub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 18 May 2021, 16:33

Azərbaycanda bu gün koronavirus infeksiyasına 432 yeni yoluxma faktı qeydə alınıb, 1024 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

İnterAz xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Son sutkada 10 nəfər COVID-19-dan vəfat edib.

sss