Azərbaycanda son sutkada 515 nəfər COVID-19-dan sağalıb, 13 nəfər vəfat edib

...426 yeni yoluxma faktı qeydə alınıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 17 May 2021, 16:34

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 426 yeni yoluxma faktı qeydə alınıb, 515 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan İnterAz-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 330 269 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 315 415 nəfər müalicə olunaraq sağalıb, 4 792 nəfər vəfat edib. 10 062 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 877, bu günə qədər isə ümumilikdə 3 392 930 test icra olunub.

sss