Düşmənə gözdağı: Hərbi Qənimətlər parkı

Gələcək nəsillərə örnək, düşmənə göz dağı olan bu park artıq bizim üçün ən əzəmətli məkan və Şanlı tariximizin ən bariz nümunəsidir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 Aprel 2021, 14:27

2020-ci il sentyabr ayının 27-si. Bu tarixdə düşmən qüvvələri atəşkəsi yenidən pozaraq hücuma keçməyə cəhd göstərdilər. Artıq səbrlər tarıma çəkilmişdir. Ali Baş Komandanımızın bir əmri bəhs etdi ki, onun ətrafında sıx birləşərək haqq yolunda haqqımız olana nail olaq. Artıq döyüş meydanında düşməndən qisas almağın vaxtı çatmışdı. Düşmən illərlə işğal altında saxladıqları ərazilərdə istehkamlar, tələlər quraraq həmin əraziləri alınmaz qalaya çevirmişdilər.  Ancaq onlar anlamırdılar ki, başına gətirdikləri faciələrin qisasını almaq yanğısı ilə alovlanan xalqın qəhrəman övladlarının qarşısında heç bir sədd tab gətirə bilməz. Cəbhənin hər istiqamətində düşmən ağır məğlubiyyətə uğradılaraq qısa müddət ərzində təslim olmağa məcbur edildi. Bu 44 günlük Vətən  müharibəsi ərzində mənfur düşmənlərimiz  döyüş bölgəsindən uzaq olan kənd və şəhərlərimizi qadağan olunmuş silahlardan atəşə tutaraq mülkü vətəndaşlarımızı qətlə yetirdilər. Qəhrəman əsgər və zabitlərimiz bu şəhidlərimizin qisasını düşməndən döyüş meydanında alaraq xalqımıza möhtəşəm qələbə bəxş etdi. Bu qələbədə hər bir Azərbaycan vətəndaşının öz payı var. Biz qələbə qazanmaqla yanaşı xalqımızın,dövlətimizin,ordumuzun birliyinin bütöv dünyaya bir daha nümaiş etdirdik. 

 

Hərbi Qənimətləri parkı- o park ki burda 2-ci Qarabağ savaşında Müzəffər Ordumuz tərəfindən düşməndən  götürülən hərbi texnika, silah-sursat məhz bu parkda- Hərbi Qənimətlər parkında sərgilənir. Onu qeyd edim ki, parkda olan zaman qürurlanmamaq qeyri mümkündür, çox qürurverici bir hiss və qürurverici bir mənzərədir.

 

Parkda Vətən Müharibəsinin gedişində qənimət kimi götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika; tanklar, döyüş maşınları, artileriya qurğuları, zenit raket kompleksləri, atıcı silahlar və hərbi nəqliyyat sərgilənir. Müzəffər Azərbaycan Ordusunun 2-ci Qarabağ Müharibəsində düşmənin 2000-dən çox avtomobillərinin nişan nömrələrindən hazırlanan kompozisiya və üzərində isə tək bir yazı var: “Qarabağ Azərbaycandır!” Təqdim olunan eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən Müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Parkda gördüyümüz hər bir detal cəbhə xəttindən gətirilib. Diqqəti çəkən detallardan biri də ermənilərin hazırladığı xəritədir, o xəritəki azərbaycanlıların Azərbaycan Ordusunun gələcəyi yerlər müəyyən olunmuşdu. Lakin nəticə göz qabağındadır, Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, bütün maneələri dəf edərək əks-hücum əməliyyatı ilə Qarabağa daxil olaraq qənimətləri əldə edir, həmin qənimətlər isə bu gün Hərbi Qənimətlər Parkında nümayiş olunur. Park ərazisində yerləşən videozalda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin müharibə ilə bağlı çıxışlar və “Twit” ləri nümayiş olunur və bu məlumatlar ziyarətçilərin həqiqətləri öyrənməsi üçün çox faydalıdır. 

 

Gələcək nəsillərə örnək, düşmənə göz dağı olan bu park artıq bizim üçün ən əzəmətli məkan və Şanlı tariximizin ən bariz nümunəsidir.

 

Asif Cümşüdov,

 

Binəqədi rayonu 313 nömrəli tam orta məktəbin müəllimi, Vətən müharibəsi iştirakçısı

 

 

sss