Vətən müharibəsinin şəhidi Xaçmazda dəfn edilib

Vətən müharibəsi qazisi aprelin 15-də şəhidlik zirvəsinə ucalıb...

Xaçmaz, Xanlar Cəbrayılov, , İnteraz - 16 Aprel 2021, 12:14

Vətən müharibəsi şəhidi Xaçmazda dəfn edilib.

 

İnterAz-ın Şimal bürosunun xəbərinə görə, Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanıb, 6 ay komada qalandan sonra şəhid olan hərbi qulluqçusu Səbuhi Hüseynli Xaçmaz rayonunun Maqsudkənd kəndinin qəbiristanlığında dəfn torpağa tapşırılıb.

 

Qeyd edək ki, Səbuhi Hüseynli 1997-ci ildə Xaçmaz rayonunun Maqsudkənd kəndində anadan olub. Oktyabrın 20-də Xocavənd uğrunda gedən döyüşlərdə ağır yaralanıb. O, oktyabrın 30-da beyin əməliyyatı olunub. Səbuhi Hüseynli 6 ay koma vəziyyətində qalıb. Vətən müharibəsi qazisi aprelin 15-də şəhidlik zirvəsinə ucalıb. Onun 1 övladı yadigar qalıb.

 

Allah rəhmət eləsin!

sss