Xalq artisti Eldar Quliyev vəfat edib

Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev 80 yaşında vəfat edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 Aprel 2021, 10:47

Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev 80 yaşında vəfat edib.

 

İnterAz xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat yayıb.

 

O bildirib ki, Xalq artsiti bu gün səhər dünyasını dəyişib.

 

Mərhumun harada dəfn olunacağı hələlik dəqiqləşməyib.

 

Allah rəhmət eləsin!

 

sss