Bəndə bilməlidir ki, hikməti verən Allahdır - Ramazanın 3-cü gününün duası

Hədislərdə möminlərin cahil insanlarla həmfikir olması mənfi hal kimi qiymətləndirilir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 Aprel 2021, 00:00

Hədislərdə möminlərin cahil insanlarla həmfikir olması mənfi hal kimi qiymətləndirilir.

 

İnterAz xəbər verir ki, Ramazan ayının üçüncü gününün münacatında möminlərə cəhalətdən, cahillərdən uzaq olmaq, hikmət və onun sahiblərinə yaxın olmaq tövsiyə edilir. Münacat oxunan zaman bəndə bilməlidir ki, elmi, ayıq-sayıqlığı, hikməti də verən Allahdır, xeyri insana vasil edən yalnız onun Rəbbidir.

 

Ramazan ayının üçüncü gününün duası belədir:

 

“Allahummərzuqni fihiz-zihnə vət-tənbih. Və baidni fihi minəs-səfahəti vət-təmvih. Vəc’əl nəsibən min külli xeyrin tunzilu fihi. Bicudikə ya əcvədəl-əcvədin”

 

Tərcüməsi:

 

“İlahi, bu gün mənə hüşyarlıq və ayıqlıq ruzisini əta et, məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır. Bu gün göndərdiyin hər şeydə mənə xeyir nəsib et. Səxavətinə and verirəm, ey səxavətlilərin ən səxavətlisi!”

 

Qeyd edək ki, hər il olduğu kimi bu il də İnterAz televiziya kanalı və SalamNews İnformasiya Agentliyi Ramazan ayı münasibətilə ənənəvi aksiyanı davam etdirəcək. Aksiyanın şüarı "İsrafçılıq və dəbdəbədən uzaq, sadə iftar süfrəsi"dir. Eyni zamanda, aksiya imkanı olan hər kəsi ehtiyac duyan insanlara kömək etməyə dəvət edir.

sss