İmişlidə nişan məclisi təşkil edən şəxs cərimələnib

Qayda pozuntusuna yol verən 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 08 Aprel 2021, 10:55

İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan İnterAz-a verilən məlumata görə, İmişli RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayon sakini Elsevər Murtuzzadənin kafelərin birində qonaqların iştirakı ilə qardaşına nişan məclisi təşkil etdiyi müəyyən edilib.

 

Qayda pozuntusuna yol verən 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

sss