Azərbaycanda son sutkada koronavirusa yoluxanların və ölənlərin sayı artıb

...Azərbaycanda son sutkada 2 595 nəfər COVID-19-a yoluxub, 37 nəfər vəfat edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Aprel 2021, 14:42

Azərbaycanda koronavirus infeksiyasına 2 595 yeni yoluxma faktı qeydə alınıb, 1 073 nəfər müalicə olunaraq sağalıb.

 

İnterAz xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Analiz nümunələri müsbət çıxan 37 nəfər vəfat edib.

 

Ölkədə son sutka ərzində 14 593, hazırkı dövrədək isə 2 963 012 test aparılıb.

 

Azərbaycanda indiyədək ümumilikdə 276 464 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 244 540 nəfər müalicə olunaraq sağalıb, 3 780 nəfər vəfat edib, aktiv xəstə sayı 28 144 nəfərdir.

 

sss