Doğum haqqında məlumatı TƏBİB-ə dərhal ötürməyənlər 300 manatadək cərimələnəcək

Doğumun qeydə alınması qaydasının pozulmasına görə cərimə səlahiyyəti TƏBİB-ə verilir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Aprel 2021, 14:06

Doğumun qeydə alınması qaydasının pozulmasına görə cərimə səlahiyyəti TƏBİB-ə verilir.

 

İnterAz-ın məlumatına görə, bu, Milli Məclisdə müzakirəyə çıxarılacaq İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. 

 

Dəyişikliyə əsasən, tibb müəssisəsi tərəfindən doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) TƏBİB-ə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə ediləcək.

 

Eyni zamanda, doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) - TƏBİB tərəfindən müvafiq informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək  məbləğdə cərimə ediləcək. 

 

Əvvəllər bu məsələlərə Səhiyyə Nazirliyi baxırdı.

sss