Ağdam Cümə məscidində Allahşükür Paşazadənin imamətliyi ilə namaz qılınıb

...Quran və şəhidlərin ruhlarına dualar oxunub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Aprel 2021, 13:33

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və ölkədəki dini konfessiyaların rəhbərlərinin Ağdama səfəri davam edir.

 

İnterAz-ın məlumatına görə, QMİ sədri və dini konfessiya rəhbərləri səfər çərçivəsində Ağdam şəhərində yerləşən Cümə məscidini ziyarət ediblər. Cümə məscidində azan verilib, namaz qılınıb, Quran və şəhidlərin ruhlarına dualar oxunub. 

 

Qeyd edək ki, Cümə məscidindən sonra QMİ sədri və dini konfessiya rəhbərləri Qiyaslı məscidini də ziyarət edəcəklər.

 

 

 

sss