Xalq artisti Rafiq Hüseynov vəfat edib

Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) vəfat edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 05 Aprel 2021, 14:01

Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) vəfat edib.

 

İnterAz-ın xəbərinə görə, bu barədə xalq artistinin həyat yoldaşı Güllü Hüseynova məlumat verib.

 

R.Hüseynov bu gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

 

Xatırladaq ki, 76 yaşlı gitaraçı yanvarın 28-də ağır vəziyyətdə xəstəxanaya gətirilib. O, qaraciyər çatışmazlığından əziyyət çəkirdi.

 

Allah rəhmət eləsin!

sss