Azərbaycanlı iş adamı Türkiyədə faciəli şəkildə həlak olub

...Azərbaycanlı iş adamı Türkiyədə ölüb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 26 Mart 2021, 16:24

Azərbaycanlı iş adamı Türkiyədə ölüb.

 

İnterAz-ın məlumatına görə, hadisə dünən axşam saatlarında İstanbulun Beşiktaş səmtindəki lüks otellərdən birində baş verib. Hadisənin intihar olması, eyni zamanda ehtiyatsızlıqdan baş verdiyinə dair məlumatlar var.

 

Bəzi mənbələrin bildirdiyinə görə, 40 yaşlı iş adamı Nihad Əliyev tapançadan başına atəş açaraq intihar edib. O, xəstəxanaya çatdırılsa da, həkimlərin səyi nəticəsi qalıb.

 

Digər mənbələr isə N. Əliyevin silahını təmizləyərkən ehtiyatsızlıqdan açılan atəş nəticəsində güllənin başından dəydiyi barədə məlumat yayıb.

 

Türkiyə polisi faktla bağlı araşdırma aparır. 

 

sss