Nazirlik Badamdar qəsəbəsində baş verən sürüşmə hadisəsinin səbəbini açıqlayıb

...Bu sadəcə olaraq dayanıqlığı pozulmuş suxur kütləsinin yerdəyişməsi kimi qiymətləndirilir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 08 Mart 2021, 12:24

Bakının Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yenidən sürüşmə hadisəsi baş verib.

 

İnterAz xəbər veriri ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli geoloji Kəşfiyat Xidmətinin qrup rəhbəri Rafiq Həsənov sürüşmə sahəsinə baxış keçirildiyini bildirib.

 

"Baxış zamanı məlum olub ki, yanvarın 28-də ərazidə baş verən sürüşmə nəticəsində axıb gəlmiş sürüşmə kütləsinin təbii amillərdən, əsasən də, son zamanlar atmofser yağıntıllarının təsirindən yerinin dəyişməsi qeydə alınıb. Quruntun yerdəyişməsi sürüşmə prosesinin aktivləşməsi kimi qiymətləndirilməməlidir. Bu sadəcə olaraq dayanıqlığı pozulmuş suxur kütləsinin yerdəyişməsi kimi qiymətləndirilir", - o qeyd edib.

sss