Gəncədə ana və iki azyaşlı övladı dəm qazından boğularaq ölüb

...hadisə Yeni Gəncə deyilən ərazidə baş verib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 08 Mart 2021, 10:25

Gəncə şəhərində ana və iki azyaşlı övladı dəm qazından boğularaq ölüb.

 

İnterAz xəbər verir ki, hadisə Yeni Gəncə deyilən ərazidə baş verib.

 

Orada yaşayan 1987-ci il təvəllüdlü Leyla Məmmədova onun övladları 2014-cü il Murad Məmmədov və 2015-ci il Xədicə  Məmmədova hamamda çimərkən dəm qazından zəhərlənərək ölüblər.

 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb.

sss