Hacı Şahin koronavirus əleyhinə peyvənd vurdurub

...bununla bağlı din xadimi sosial şəbəkədə fotolarını paylaşıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 04 Mart 2021, 15:59

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli koronavirus əleyhinə peyvənd vurdurub.

 

İnterAz xəbər verir ki, bununla bağlı din xadimi sosial şəbəkədə fotolarını paylaşıb.

 

Peyvəndin ilk dozasını bu gün Bakı Sağlamlıq Mərkəzində qəbul edən QMİ nümayəndəsi növbəti ikinci dozanı 28 gündən sonra, aprelin 2-də vurduracaq.

 

Qeyd edək ki, yanvarın 18-dən etibarən ölkədə Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə edilir. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.

sss