Bakıda ödəmə terminalından 4 min manat oğurlanıb

... şübhəli bilinən M.Kazımov saxlanılıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 03 Mart 2021, 17:46

 Bakıda ödəmə terminalından pul oğurlayan şəxs tutulub.

 

Bu barədə İnterAz-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 27-də rayon ərazisindəki mağazaların birində quraşdırılan içərisində 3 953 manat pul olan “E-manat” ödəmə terminalını oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş M.Kazımov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

sss