“Rosselxoznadzor” Azərbaycanın daha bir neçə müəssisəsinin pomidor və alma idxal etməsinə icazə verib

...”Rosselxoznadzor” martın 3-dən Azərbaycanın 8 müəssisəsinin alma və 19 müəssisəsinin isə Rusiyaya pomidor ixrac etməsinə icazə verib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 03 Mart 2021, 14:11

”Rosselxoznadzor” martın 3-dən Azərbaycanın 8 müəssisəsinin alma və 19 müəssisəsinin isə Rusiyaya pomidor ixrac etməsinə icazə verib.

 

İnterAz-ın ”Rosselxoznadzor”a istinadən verdiyi məlumata görə, qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə, habelə birgə video yoxlamalar zamanı seçilən məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının nəticələrinə əsasən verilib. 

sss