Təhsil Nazirliyi məktəblərin bağlanacağı barədə məlumatlara münasibət bildirib
...belə xəbərlər həqiqəti əks etdirmir
Bakı, Gülnarә Quliyeva, İnteraz - 02 Mart 2021, 13:37
Təhsil Nazirliyi martın 3-dən 9-dək Azərbaycanda bağça, məktəb və universitetlərdə dərslərin dayandırılacağı ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
İnterAz-ın xəbərinə görə, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib ki, belə xəbərlər həqiqəti əks etdirmir.
O deyib ki, tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı: "Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir".